Samir Şərifov oğlunun bahalı itləri ilə GÜNDƏMDƏ – Maliyyə naziri haqda ŞOK FAKTLAR...

Pambıqçıların zəhərlənməsi İnam Kərimovu həftənin ikincisi etdi

Baxış sayı:
11197

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 19-25 iyun 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs maliyyə naziri Samir Şərifov olmuşdur. “Nazir oğlunun itləri Mais Piriyevi əsəbiləşdirdi”, “Azərbaycanın xarici dövlət borcu 2 dəfə artıb”, “Azərbaycanın xarici borcunun artmasının üç əsas SƏBƏBI”, “Samir Şərifov nəyə etiraz etdi?", “Oğlunun bahalı itləri naziri işə saldı - SAMİR ŞƏRİFOV YENİDƏN HƏDƏFDƏ”, Oğlu ilə gündəmə gələn Samir Şərifov... - Nazir yazıları dayandırmağa cəhd edir?”, “Qalmaqala maliyyə naziri və Bayramov qardaşlarının da adı qarışdı - “Gədəbəy işi” böyüdü”, “Neftçala Rayon Maliyyə şöbəsinin müdiri rəsmən oliqarx imiş... - İTTİHAM”, “Azərbaycan 250 mln dollar kredit götürür” başlıqlı 9 məqalə ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri kənd təsərrüfatı naziri İnam Kərimov “Ciddi məsələdir, prezidentin nəzarətindədir” - Nazirdən ilk açıqlama”, “Elmar Vəliyevlə İnam Kərimov anlaşması: baş baytar təyinatında gizlinlər”, “İnam Kərimovun zəhərli sınağı: ölkə boyu pambıq həbsləri gedir - Təfsilat”, “Daha bir rayonda pambıqçılar kütləvi zəhərləndi — YENİLƏNİB”, “Nazir kütləvi zəhərlənmənin baş verdiyi rayona gedir” başlıqlı 5 məqalənin 8 elektron KİV-də yayılması ilə tutur.

Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü və sonuncu yeri “Əhmədzadənin işçisi nədən giley edir? - "Oyun qurdular...” başlıqlı məqalənin 4 elektron KİV-də yayılması ilə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə tutur.

“Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ”

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Deputat oğlunu 8 səhifəlik ifadə ilə “təmizləyiblər” – CİNAYƏT DOSYESİ” başlıqlı 1 məqalənin 4 elektron KİV-də yayılması ilə deputat Elmira Axundova tutur.

Mətbuatda ən çox ad hallanan deputatlar siyahısında 2-ci yeri “Deputatın “tur bazarı”: İqbal Məmmədovun “Relax”ı dodaq uçuqladır - Foto” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması deputat İqbal Məmmədov tutur.

Muxalifet.az