Samir Şərifov haqqında 400 milyon manatlıq İDDİA – Bu fakt naziri bitirə bilər...

Rüfət Aslanlı ilə bağlı daha bir sensasion iddia...

Baxış sayı:
11404

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, 15-21 oktyabr 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs maliyyə naziri Samir Şərifov olmuşdur. Onun barəsində “Maliyyə naziri Samir Şərifova ağır ittiham - 400 milyon manat mənimsəməyə görə”, “Maliyyə nazirliyində qarşıdurma”, “Samir Şərifovun aparat rəhbəri korrupsiyanı himayə edir... - İDDİA”, “Zərdab rayon Maliyyə İdarəsinin müdirinə ittiham: - saxta diplom və çoxlu sayda MMC-lər”, “Samir Şərifov da bu bəlaya düşə bilər... - İDDİA”, “Nazirlərdən biri görəvdən alına bilər - Korrupsiya həbsləri də gözlənilir”, “Elmar Rüstəmovla Samir Şərifov arasında SAVAŞ – MALİYYƏ NAZİRİ “QALİB” DURUMDA” başlıqlı 7 məqalə ümumilikdə 17 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının eks-sədri Rüfət Aslanlı “Rüfət Aslanlı 150 min dollarlıq maşında-Video”, “Rüfət Aslanlı milyardları haradan alıb? - Təkcə saatlara xərclədiyi pul milyon dolları keçir + FOTOLAR”, “Rüfət Aslanlı HƏBS OLUNA BİLƏR - ŞOK İDDİA”, “«Bəzən qiymətli saat da dil açıb danışır...» - Rüfət Aslanlının zamanını dolduran səbəblər... - FOTOLAR, VİDEO”, “Rüfət Aslanlının "göyün yeddinci qatı"nda 6 milyon dollarlıq "stadion"u tapıldı…”, “Rüfət Aslanlı Fransada hektarlarla torpaq alıb”, “İşdən çıxarılan daha bir Azərbaycan məmurunun xaricdə mülkləri çıxdı”, “Rüfət Aslanlı ilə bağlı daha bir sensasion iddia: Fransada üzümlük sahə alıb, çaxır zavodu açıb”, “Rüfət Aslanlının bahalı maşınlarının olduğu şəxsi avtoparkı (FOTO)” başlıqlı 10 məqalənin 15 elektron KİV-də yayılması ilə tutur.

Elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “CEYHUN BAYRAMOV BÖYÜK DAYAĞINI İTİRMƏK İSTƏMİRSƏ…”, “Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?”, “VETERAN MÜƏLLİM CƏLİLABAD TƏHSİL ŞEFİNİ İFŞA ETDİ: MÜXALİFƏT CANAVARI, RÜŞVƏT KRALI, ŞİRİNLİK…”, “Təhsil naziri məktəblərdə müəllim yerlərini 8 min manatdan satır? – Qalmaqal…”, “AĞCƏBƏDİNİN YENİ TƏHSİL DİREKTORU MÜƏLLİMİ SÜRÜNDÜRÜR, HƏDƏLƏYİR” başlıqlı 5 məqalənin 10 elektron KİV-də yayılması ilə təhsil naziri Ceyhun Bayramov tutur.
 

Bakıda deputat sakinləri evlərindən ZORLA ÇIXARIR

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Sahibkara milyonlarla ziyan vuran deputatdan Milli Məclis sədrinə müraciət – MƏKTUB”, “Deputatın milyonluq “oyunu”: “Pulumu yeyiblər””, “Bakıda DEPUTAT sakinləri evlərindən ZORLA ÇIXARIR – Təfərrüat”, “Oqtay Əsədovun “çay-kofe” xəbərdarlığı etdiyi deputatlar kimlərdir?-ADLAR”, “Deputat Əsabil Qasımovun əməllərini ifşa edən şok faktlar: 2 milyonluq dələduzluq və deputat köməkçisinin qəribə cavabı....”, “Bakını çökdürən şirkət deputatın qardaşının çıxdı - FOTOLAR” başlıqlı 6 məqalənin 10 elektron KİV-də yayılması ilə deputat Əsabil Qasımov tutur.

Muxalifet.az