​SAMİR ŞƏRİFOV BİTİRİLİR? – Nazirin Beynəlxalq Bankdakı adamlarının qovulması medianın diqqətində!

Ötən həftə barəsində ən çox bəhs olunan ikinci məmur Kəmaləddin Heydərov oldu

Baxış sayı:
12088

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Ötən həftə - 19-25 mart 2018-ci ildə elektron mətbuatda daha çox yer ayrılan hadisə növbədənkənar prezident seçkiləri olmuşdur. Lakin bu məlumatlar fonunda ən çox adı hallanan vəzifəli şəxs Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov olmuşdur. “Üç adamı “vurulan” Samir Şərifovun Beynəlxalq Bank erası bitirildi” başlıqlı yazı ümumilikdə 3 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci  və bu həftəlik sonuncu yeri “Əhəd Abıyev Kəmaləddin Heydərova səsləndi- QASIRĞANIN FƏSADLARI AĞIRDIR, NÜMAYƏNDƏ GÖNDƏRİN” başlıqlı məqalənin 2 elektron KİV-də yayılması ilə  Azərbaycan Respublikası Fövqaladə Hallar naziri Kəmaləddin Heydərov tutmuşdur.
 
Hacı Madər Musayev deputatlar arasında “birinci”dir
 
Həftə ərzində “İcra başçısı keçidi bağladıb, deputat obyekt tikdirir – Reportaj” adlı yazının 5 saytda işıqlanması ilə Binəqədi rayon deputatı Hacı Madər Musayev deputatlar arasında  həftənin birincisi və yeganə deputat nümayəndəsi olmuşdur.

Muxalifet.az