​Samir Əliyev: "Növbəti mövsümdə daha yaxşı “Səbail” görəcəksiniz"

Baxış sayı:
4207

"Pis oynamadıq. Uşaqlardan narazılığım yoxdur. Bu gün nə bacarıqları var idi, meydanda göstərdilər. Penaltiyə kimi rəqibə şans vermədik. Ancaq təəssüf ki, qol buraxdıqdan sonra qol fürsəti yarada bilmədik. Ümid edirəm ki, qarşıdakı turlarda xal ehtiyatımızı artıra biləcəyik". Muxalifet.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə “Qarabağ”a uduzan (0:1) “Səbail”in baş məşqçisi Samir Əliyev oyunsonrası mətbuat konfransında deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb. Sizcə, hesabın kiçik olması “Qarabağ”la bağlı idi, yoxsa “Səbail”in müqaviməti ilə? - Məncə, bizim müqavimətimiz həlledici oldu.