​Şamaxıda qar yeni çiçəkləyən ağaclara ziyan vurdu - Foto

Baxış sayı:
2473

Şamaxı rayonunda iki gündür davam edən güclü leysan yağışları bu gün sulu qar, günün ikinci yarısından etibarən isə qarla əvəzlənib.
Muxalifet.az xəbər verir ki, yağıntı ən çox rayonun dağlıq ərazilərinə düşüb.
Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.
Qarın yağması nəticəsində yeni çiçəkləməkdə olan meyvə ağaclarını şaxta vurub.
Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.