​Şamaxıda çoban uşaqlarının gözü qarşısında qətlə yetirildi, həyat yoldaşı yaralandı - YENİLƏNİB

Baxış sayı:
605

Şamaxı rayonunda qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.
Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.
Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Haclıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.
Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.
İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir. /apa/
 
***
Şamaxı rayonunun Acıdərə yaşayış massivində qətl hadisəsi törədilib.
Hadisə zamanı çobanlıqla məşqul olan, rayonun Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Seyidağa oğlu Hacıyev qonşusu, 1996-cı il təvəllüdlü Natiq Şirbala oğlu Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən N.Binyətov saxlanılıb.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanılıb.
Hadisənin səbəbləri araşdırlır./report/