​Şamaxıda avtomobil aşdı, sürücü öldü

Şamaxıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 20-də Şamaxı rayonunun Miri kəndində İsmayıllı rayon sakini Fariz Namazov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə o, hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.