​Şamaxıda ana əməliyyat zamanı öldü

Baxış sayı:
3598

Şamaxıda ana doğuşdan sonra dünyasını dəyişib.
Muxalifet.az-ın yerli bürosunun xəbərinə görə, Şamaxı şəhər sakini, 1984-cü il təvəllüdlü Amirə Binyətova doğuş üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən A. Bünyatovanın qəflətən halı pisləşib və o, komaya düşüb.
Yerli və Bakıdan dəvət olunan həkimlərin tibbi yardımlarına baxmayaraq, qadını xilas etmək mümkün olmayıb.
A.Binyətovanın ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.