​Şamaxıda AĞIR YOL QƏZASI: 1 ölü, 4 yaralı

Baxış sayı:
2683

Bakı-Şamaxı yolunda ağır yol qəzası baş verib.
Muxalifət.az xəbər verir ki, hadisə bu gün səhər saat 9:30 radələrində magistral yolun Şamaxının Meysəri kəndindən keçən hissəsində qeydə alınıb.
"Ford Transit" markalı sərnişin mikroavtobusunun "VAZ 2106" markalı minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər ağır xəsarət alıb.
Hazırda təcili yardım stansiyasının briqadası və yol polisi əməkdaşları hadisə yerindədir. Ölən və yaralıların kimliyi barədə əlavə məlumat veriləcək.
Faktla bağlı araşdırma aparılır./apa/