Salyanda yol qəzası olub: XƏSARƏT ALANLAR VAR

Salyanda yol qəzası olub.
"Report" xəbər verir ki, hadisə Əlibəy Hüseynzadə küçəsində qeydə alınıb.
Belə ki, "Mitsubishi" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Belə ki, "VAZ 2106" markalı avtomobilin sürücüsü, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakini 1978-ci il təvəllüdlü Atakişi Qurban oğlu Atakişiyev və sərnişini, Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Xəyal Tahir oğlu Abdullayev xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.