​Salyanda yasa getmək üçün Bakıda maşın oğurladı: Saxlanılanda POLİS GÖRDÜYÜNƏ İNANMADI

Baxış sayı:
12304

Qaradağ rayonu yaxınlığında gecə saatlarında maşın oğurluğu baş verib.
Muxalifət.az xəbər verir ki, gecə saatlarında Qaradağ rayonu ərazisindən avtomobil qaçırılması ilə bağlı DİN-in “102” Xidməti Zəng Mərkəzinə müraciət daxil olub. Şikayət əsasında Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları araşdırma başladıb. Araşdırma nəticəsində məlum olub ki, Abşeron rayon sakini Fuad Əliyev Lökbatan qəsəbəsindəki kafelərdən birində işləyir. Avtomobil sahibi həmin vaxt maşını qızdırmaq üçün işlək vəziyyətdə saxlayaraq geyinmək üçün kafeyə girib. Elə bu zaman ona məxsus “VAZ-21099” markalı avtomobil gecə saat 3-4 radələrində Lökbatan qəsəbəsi ərazisindən naməlum şəxs tərəfindən qaçırılıb.
Daxili işlər orqanaları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib və avtomobil qısa vaxtda Salyan rayonunun Yenikənd kəndi ərazisində aşkarlanıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı və 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobil saxlanılıb. Bu vaxt məlum olub ki, avtomobili qaçıran şəxsin həyat yoldaşı və 5 övladı da maşındadır.
Polis əməkdaşları avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin əvvəllər də analoji cinayət törətdiyinə görə məhkum olunmuş Vüsal Həsənov olduğunu bildirib. Məlum olub ki, avtomobil sahibinin kafeyə girməsindən istifadə edən Vüsal Həsənov gecə vaxtı rayona getmək üçün maşın tapmayıb və maaşını qaçıraraq ailə üzvlərini də götürüb Salyan rayonuna hüzr yerinə yollanıb.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.