Salyanda kütləvi dava - İKİ QARDAŞ XƏSARƏT ALDI

Baxış sayı:
4904

Ötən gecə Salyan rayonunun Şorsulu kəndində iki ailə arasında baş vermiş ədavət iki qardaşın xəsarət alması ilə nəticələnib. Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, ailələr arasında baş vermiş münaqişə nəticəsində kənd sakinləri, 39 yaşlı Xoşbəxt Yusu oğlu Əliyev və 44 yaşlı Telman Yusu oğlu Əliyev qardaşları öz evlərində 7-8 nəfər tərəfindən döyülüblər. Qardaşlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.