Salyanda intihar edən qadın müəllim deyil - AÇIQLAMA

Baxış sayı:
8467

Xəbər verdiyimiz kimi, ötən gün özünü evlərinin yaxınlığından keçən körpüdən Akkuşa çayına atmış Salyan rayonunun Seyidsadıqlı kənd sakini, 35 yaşlı Aysel Dadaşovanın cəsədi tapılıb. Məlumatlarda qadının Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəllimi olduğu deyilir.
Hadisə ilə bağlı Open.az-a açıqlama verən Salyan rayon Təhsil Şöbəsinin müdiri Xudaverdi Piriyev bildirib ki, Aysel Dadaşova ixtisasca müəllim olsa da, məktəbdə laborant kimi fəaliyyət göstərib.
Müdir bildirib ki, hadisə dünən axşam saatlarında olub: "Gecədən axtarış aparılıb və səhər tezdən cəsədi tapılıb. Qadının intihar etdiyi və ya suya düşdüyü barədə informasiya dəqiq deyil. Hüquq-mühafizə orqanları araşdırır. Hazırda dəfndən gəlirəm. Ailənin evi və mənzil şəraiti normaldır. Məktəbdə də heç bir problemi olmayıb. Həyat yoldaşı da deyilənə görə, evə-ailəyə baxan adam olub".
Qeyd edək ki, Aysel Dadaşovanın 3 azyaşlı oğlu var.