Salyanda GÜCLÜ YANĞIN: Rayon rəhbərliyi hadisə yerinə getdi

Baxış sayı:
16846

alyan rayonunda elektrik paylayıcı qurğu yanıb.

"Report"un xəbərinə görə, hadisə Əli Zeynalov küçəsində qeydə alınıb.

Yanğının qarşısını Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri alıb. Hadisə nəticəsində rayonun bəzi küçələri işıqsız qalıb. Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovun yaşadığı fərdi yaşayış evinin də işıqları sönüb.

Salyan Rayon İcra Hakimiyyətinin rəhbərliyi hadisə yerindədir.