Salyanda bədbəxt hadisə - Ölən var

Baxış sayı:
4303

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Ələt-Astara magitral yolunun rayonun Xıdırlı kəndinin ərazisindəki körpü yaxınlığında qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlu yolda gedən zaman onu avtomobil vurub. Qəza nəticəsində piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.