​Salyanda avtomobil iki piyadanı vurdu, 10 yaşlı oğlan öldü

Salyan rayonunda avtomobil iki piyadanı vurub.
Muxalifət.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu  Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci xəstəxanaya hadisəni törədən sürücünün çatdırdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.