Salyanda ana və 4 qızını öldürüb, basdıranların həbs müddəti uzadıldı - QATİLLƏR ATA VƏ OĞULDUR

Baxış sayı:
3907

Salyanda ana və 4 qızını öldürməkdə təqsirləndiriən ata və oğul hakim qarşısına çıxarılıb.

Muxalifet.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində Salyandakı dəhşətli qətli törətməkdə təqsirləndirilən Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. İstintaq orqanın təqdimatı qismən təmin edilib, hər iki şəxsin həbs müddəti daha 3 ay artırılıb.

Xatırladaq ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.

Fakta görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev tərəfindən öldürülməsi ilə bağlı şübhələr ortaya çıxıb. Onlar şübhəli şəxs qismində tutulublar.

Xatırladaq ki, ana və 4 qızının bir neçə il əvvəl itkin düşməsi ilə bağlı polisə məlumat daxil olub. Onların ölkəni tərk etməsi ilə bağlı iddialar səsləndirilirdi. Daha sonra "Səni axtarıram" verilişində cinayət işinin üstü açılmışdı. Ata və oğul özlərini şübhəli apardıqlarından saxlanılmışdı./musavat.com/