Salyanda 28 yaşlı kişi həmkəndlisi tərəfindən bıçaqlanıb

Baxış sayı:
1813

Bu gün axşam saatlarında Salyan rayonunun Boranıkənd kəndində bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, kənd sakini, 1990-cı ildə anadan olmuş Elsevər Razim oğlu Əhmədovla həmkəndlisi - 24 yaşlı Röyal Ağasəf oğlu Zülfüqarov arasında biçilmiş yonca sahəsində heyvanları otarmaq üstündə mübahisə düşüb.

R.Zülfüqarov mübahisə zəminində üzərində olan bıçaqla Elsevər Əhmədovun qarın nahiyəsindən xəsarət yetirib.

Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Əhmədovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Faktla bağlı araşdırma aparılır.