​Salyan sakini qeyri-adi motosikl düzəltdi – FOTOLAR

Salyanda qeyri-adi motosikl görənlərin böyük marağına səbəb olub.
“Report” xəbər verir ki, rayonun Şorsulu kənd sakini, 39 yaşlı Xalıq Abbasov həmkəndlisi Elnur Hümbətovla birgə özünə məxsus motosikldə ciddi dəyişiklik edərək yeni avtomobil düzəldib.
Belə ki, yeni motosiklə “Vaz-2106” mühərriki, “Niva”nın sürət qutusu, “Moskviç” diferi və kuzov quraşdırılıb.
Motosiklin arxa hissəsinə “Jiquli”, ön hissəyə isə motosikl təkəri birləşdirlib.
Xalıq Abbasov 18 gündə araya-ərsəyə gətirilən motosikldən yalnız təsərrüfat işlərində istifadə edir.
300 kiloqrama yaxın ağırlığı olan yeni motosikl 2 tona yaxın yük götürmək qabiliyyətinə malıkdir.
O, “Vaz-2106” markalı avtomobil kimi saatda 180 kilometr məsafəni qət edə bilir.