​Salmanın müəmmalı Tunis səfəri: özü getdi, adamları qaldı

Baxış sayı:
7426

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın Tunis səfərində bir məqam diqqətdən yayınmayıb.
Muxalifet.az xəbər verir ki, Salman Tunisi tərk etdikdən sonra onunla bərabər bu ölkəyə səfər edən bəzi şəxslər Tunisdə qalıb.
Bu barədə danışan tunisli siyasətçi Cövhər Mübarək gizli proqramlarla bağlı səudiyyəli bəzi şəxslərin 3 gün daha Tunisdə qaldığını bəyan edib:
"Salman beynəlxalq arenadakı atmosferə baxmayaraq, etiraz aksiyalarının kölgəsində Tunisə 4 saatlıq səfər etdi. Bu səfərdən sonra isə arxada adamlarını qoydu. Bunu bilirik, ancaq bu qrupun hansı məqsədlə, hansı proqramla burada qaldığı, kimlərlə nə barədə görüşdüyünü bilmirik və bu, çox təhlükəlidir".