​Salman "Roma"nı almaq istədi: Rədd cavabı...

Baxış sayı:
262

Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salman İtaliyanın "Roma" futbol klubunu satın almaq istəyib.
Muxalifet.az xəbər verir ki, İtaliyanın "La Repubblica" xəbər portalının iddiasına əsasən, Salman təklif göndərib, ancaq klubun sahibi Ceyms Pallotta təklif rədd edib.
"Roma" futbol klubunun özünə yeni stadion tikmək üçün maliyyə mənbələri axtardığı bildirilib.
Qeyd edək ki, sözügedən klub ölkənin digər təmsilçisi "Latsiyo" ilə birgə oyunları Olimpiya stadionunda keçirir.