​Salman Makronla Luvrda şam etdi - GİZLİ

Baxış sayı:
2428

Fransa Prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla şam edib.
Muxalifət.az xəbər verir ki, “Parisien” qəzeti görüşün dünən axşam keçirildiyini bildirib. Şam yeməyi Luvr müzeyində baş tutub. Birgə şamla bağlı əvvəlcədən heç bir məlumat yayılmayıb.
Şam yeməyi üçün Luvrun seçilməsinə səbəb kimi Fransa rəssamı Ejen Delakruanın sərgisinin açılışının bu müzeydə baş tutması göstərilib.
Qeyd edək ki, Məhəmməd bin Salmanın Fransa səfəri bu gündən başlayır.