​Salman kütləvi HƏBSLƏRƏ BAŞLADI: hüquqşünaslar tutulur

Baxış sayı:
7474

Səudiyyə Ərəbistanı hakimiyyəti 10 hüquq müdafiəçisini həbs edib.
Muxalifət.az xəbər verir ki, “Assoşeyted Press” agentliyi həbs edilənlərdən 7-nin qadın olduğunu yazıb. Onların heç bir vəkil təqdim edilmədən 1 həftədir dindirildiyi bildirilir.
Hələlik hüquq müdafiəçilərinin harada saxlanıldığı açıqlanmayıb. Səudiyyə KİV-i isə həbsləri birbaşa kral və vəliəhdə tabe olan Dövlət Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən həyata keçirildiyi haqqında informasiya yayıb.