Salam Sarvan Yazıçılar Birliyindən çıxdı

Şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb.
S. Sarvan bu barədə Facebook səhifəsində yazıb.
Şair qeyd edib ki, onun bu addımı kimlərdənsə inciklik deyil: “Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş artdıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdı. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki, gec deyil!”.