​Salah Messi ilə müqayisə olunmasından danışdı: Yalnız...

Baxış sayı:
5146

"Liverpul"un futbolçusu Məhəmməd Salah Kristiano Ronaldo və Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib. Muxalifet.az-ın yaydığı xəbərə görə, bununla bağlı o deyib: "Hamı Ronaldo və Messi haqda danışır. Onlar artıq 13-15 ildir yüksək səviyyədə oynayırlar. Messi və Ronaldo ilə müqayisə olunmağımla fəxr edirəm". Misirli hücumçu Çempionlar Liqasında "Real"la final oyununun Ronaldo ilə onun qarşıdurması olmayacağını söyləyib: " Yalnız oyun haqda düşünməli və öz işimi yerinə yetirməliyəm".