"Sakitsən, qıdıqlasam, kobra olarsan" - VİDEO

Baxış sayı:
7147

Əməkdar artist Nigar Şabanova “Xəzər” TV-də yayımlanan “5/5” proqramında qonaq olub. Axşam.az xəbər verir ki, veriliş zamanı aparıcı Zaur Kamal ona övladlığa götürdüyü uşaq barədə suallar ünvanlayıb. “Sənin nə vaxtındır ki, uşaq götürmüsən. Ailə qur, uşağın olsun. Hara tələsirsən? Başqasının uşağından adama uşaq olmaz. Mənzurə Musayeva qan ağlayır. Deyir ki, toy elədim. Amma qanımdan deyil” deyə, Zaur bildirib. Nigar isə onun sözləri ilə razılaşmayıb. Daha sonra Zaur ifaçını nəzərdə tutaraq “Burada sakitsən, qıdıqlasam, kobra olarsan” ifadələrini işlədib.