Sakaşvili tərəfdarları Kiyevin mərkəzində etiraz aksiyası keçirir

Bir neçə min insan Ukrayna Ali Radasının binası yanında etiraz aksiyası keçirir. 
RİA Novosti bildirir ki, onlar deputat toxunulmazlığınının ləğvini, seçki qanunvericiliyini dəyişdirməyi, həmçinin korrupsiyaya qarşı məhkəmə yaratmağı tələb edirlər. 
Bütün ərazi qalxanlarla mühasirəyə alınıb. Konstitusiya meydanına keçid yalnız müəyyən çərçivədəndir. Parlament binası milli qvardiya və polis tərəfindən ikiqat kordonla qorunur. 
Xatırladaq ki, əvvəlcədən bu gün Kiyevdə Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin mitinq keçirəcəyi barədə məlumat verilmişdi. O da bildirilmişdi ki, M.Saakaşvili mitinq nəticəsində Ukrayna prezidenti Petro Poroşenkoya impiçment əldə olunmasını planlaşdırır. 
Hələlik isə aksiya sakit axarda davam edir, münaqişəli vəziyyət yoxdur.