​Şairin özünü öldürməsinin SƏBƏBİ ÜZƏ ÇIXDI - ŞOK TƏFƏRRÜAT

Baxış sayı:
2744

1995-ci il təvəllüdlü Məlik Cahangirovun intiharının təfərrüatı məlum olub.
Publika.az-ın əldə etdiyi məlumata görə, M.Cahangirovun ailəsi əslən Lerik rayonunun Kirəvud kəndindən olsa da, uzun illərdir Bakıda yaşayırlar. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya fakültəsində təhsil alıb. Ailədə iki uşaq olublar, özündən böyük bacısı ailə qurub.
Kirəvud kənd icra nümayəndəsi Rafiq Teymurov Publika.az-a açıqlamasında bildirib ki, M.Cahangirovun intiharının ailə üçün qaranlıq olduğunu deyib:
 “O çox sakit biri idi. Ötən il ali məktəbi bitirməli idi, ancaq bir fəndən kəsiri qalmışdı. Hərbi Komissarlıqda müayinədən keçəndə səhhətində problem aşkarlanmışdı. Ona bu il yanvar ayına qədər möhlət hüququ verilmişdi. İmtahanını verib, hərbi xidmətə getməli idi. Dekabrın axırında kəndə gəlmişdi, hər kəslə sağollaşdı, dövlət imtahanını da verib, hərbi xidmətə gedəcəyini dedi”.
İcra nümayəndəsi bildirib ki, M.Cahangirov kəsir imtahanını versə də, dövlət imtahanını verməyib.
 “Aldığımız məlumata görə, dekabrın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetindən Hərbi Komissarlığa Məlik Cahangirovun universitetdən xaric edilməsi barədə məlumat göndərilib. Buna görə də o, 1.5 il hərbi xidmətdə olmalı idi. Düşünmürük ki, məhz imtahandan kəsildiyinə görə intihar etsin. Mən həm də ailənin qohumuyam, lakin bizim üçün onun son vaxtlar kimlərlə ünsiyyətdə olması qaranlıqdır. Çünki qrup yoldaşlarının çoxu hərbi xidmətdə idi. Onun yeni tanış olduğu dostları kim idi, onları tanımırıq”.