Şahzadənin qorxunc “Bəbir qvardiyası”… – BBC-dən sensasion film

Baxış sayı:
334

BBC-nin yayımladığı sənədli filmdə Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salmanın təlimatı əsasında həyata keçirilmiş cinayətlərdən bəhs edilib.

Teleqraf.com xəbər verir ki, filmdə jurnalist Camal Qaşıqçı və Əli əl-Qaytani cinayətləri ilə yanaşı, həbs edilmiş şahzadələr Mütab bin Abdullah və Vəlid bin Təlala işgəncə verilməsi barədə iddialar yer alıb.

“Vəliəhd şahzadə lupa altında” adlı sənədli filmdə vəkil Mahmud Rüfət bin Salmanın “qara qutusu” adlandırılan polkovnik Əli əl-Qaytaninin şahzadənin təlimatı ilə “Ritz Çarlton” mehmanxanasında öldürüldüyünü iddia edir. O, sözügedən mehmanxanada bir çox iş adamı, şahzadə və nüfuzlu şəxslərə işgəncə verildiyini bildirib.

Filmdə Əli əl-Qaytaninin öldürüldükdən sonra boynu qırılmış halda xəstəxanaya gətirildiyi və ailəsinin baş verənləri gizlətməsi üçün təhdid etdiyi diqqətə çatdırılıb. Eyni zamanda, bin Salmanın “Bəbir qvardiyası” adlı və müxaliflərin oğurlanması, yaxud öldürülməsi üçün xüsusi olaraq qurulmuş 50 nəfərdən ibarət qrupunun olduğu deyilib.