Şahzadənin “Mülayim İslam” modelinin arxasındakı XƏYALI: QISA ƏTƏKLİ QADINLAR

Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman, verdiyi müsahibədə 1950-ci iilərdə çəkilmiş, başı açıq və qısa ətəkli Səudiyyə qadınlarının fotoşəkillərini “Mötədil İslam”a nümunə kimi göstərib.
 
Səudiyyə Ərəbistanında yaxın zamanlarda Kral Salmanın yerinə taxta keçməsi gözlənilən Vəliəhd Şahzadə Məhəmməd bin Salman, “New York Times” qəzetinin Yaxın Şərq müxbiri Tomas L. Friedmana verdiyi müsahibədə, "xəyalındakı” Səudiyyə Ərəbistanından danışıb. Şahzadənin xəyalında qısa ətəkli, başıaçıq qadınların qol-qola gəzdiyi, yəhudi və xristianların fəal olduğu bir Səudiyyə Ərəbistanı modeli var.
 
 İSLAMI PEYĞƏMBƏRİMİZİN DÖVRÜNƏ QAYTARACAQMIŞ
 
Vəzifəyə gəldiyi gündən "Mötədil İslam” fikri ilə gündəmə gələn Qərb dünyagörüşlü Şahzadə, müxbir Friedmana ingilis dilində verdiyi müsahibədə," Mötədil İslam” fikrinə aydınlıq gətirib. Vəliəhd İslamı Peyğəmbər Həzrəti Məhəmməd dövründəki "orijinal” halına qaytarmağı qarşısına məqsəd qoyduğunu deyib.
 
 PEYĞƏMBƏRİMİZİN MÜSƏLMANLIĞINI MÜHAKİMƏ ETDİ
 
Şahzadə Məhəmməd bin Salman, müsahibədə müxbirə "İslamı yenidən şərh etdiyimizi yazmayın, biz onu sadəcə orijinalına qaytaracağıq. Bu yolda ən böyük köməyimiz Həzrəti Məhəmmədin həyata keçirdikləri işlər və 1979 –cu ildən əvvəlki Səudiyyə Ərəbistanında gördüyümüz gündəlik həyat nümunələridir" deyib. Şahzadə sözlərinə belə davam edib: "Həzrəti Məhəmməd dövründə qadın və kişilərin bir yerdə getdikləri teatrlar vardı, Səudiyyə Ərəbistanında xristianlara və yəhudilərə hörmət edilirdi. Mədinədə ticari mübahisələrə baxan ilk hakim qadın idi. Peyğəmbərimiz bütün bunları qəbul edirsə, onda soruşuram, sizcə, Həzrəti Məhəmməd Müsəlman deyildimi”?
 
 YARI ÇILPAQ QADINLARI NÜMUNƏ KİMİ GÖSTƏRDİ
 
 Fridman, Şahzadənin sözlərinin ardından yanındakı nazirlərdən birinin öz mobil telefonunda olan bəzi fotolar göstərdiyini bildirib. Fridman, fotoların 1950 və 60-cı illərdə yaşamış başları açıq, qısa ətəkli Səudiyyə qadınlarına məxsus olduğunu vurğulayıb.
Müxalifət.az