“Şahzadəni təmizə çıxarmaq” planını qəbul etmədi: DÖYÜLDÜ, BOYNU QIRILDI

Baxış sayı:
4342

Yaxın Şərqin muzdlu qatili kimi tanınan Fələstin əsilli Məhəmməd Dahlan, Camal Qaşıqçı cinayətində Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanı təmizə çıxarma planı üçün istifadə edilməyi qəbul etməyincə təcavüzə məruz qalıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayedlı birgə çalışan Dahlan, Səudiyyə şahzadəsinin şərəfinə Dubayda keçirilən yaxtadakı ziyafətə dəvət edilərək burada Qaşıqçı cinayəti üçün hazırlanan yeni ssenarinin baş aktyoru olmaq təklifi alıb.
 
“Yeni Şəfəq” qəzetinə məlumat verən Səudiyyə və Fələstinli mənbələr Məhəmməd bin Zayed ilə Məhəmməd ibn Salmanın, Dahlana "Qaşıqçı qətlini planlaşdıran və planı tətbiq edən insan kimi səni elan etməyə hazırlaşırıq" dediyini, Dahlanın isə şahzadəni təmizə çıxarmaq üçün cinayəti üzərinə götürməyə razı olmadığını qeyd edib. Mənbələrə görə, Dahlan gərgin keçən görüşdən sonra Dubaydakı xüsusi bir qrup tərəfindən dəhşətli şəkildə döyülüb və boynu qırılıb.
 
QORUMA ALTINDA
 
İsrail tərəfindən casusluğa sövq edilən və BƏƏ şahzadəsi bin Zayedin dəstəyi ilə Yaxın Şərqdəki bir çox çirkli plan üçün istifadə edilən Məhəmməd Dahlan, yaxta ziyafətindəki döyülmədən dərhal sonra Dubaydakı xüsusi bir xəstəxanaya götürülüb. Hadisədən sonra Dahlana yaxın şəxslər onun baş verən bir qəza səbəbiylə müalicə aldığını bildirib. Bu açıqlamanın bir neçə saat sonra yayımdan qaldırılması diqqət çəkib. Mövzuya dair “Yeni Şəfəq”ə məlumat verən Səudiyyəli bir mənbə, Dahlanın boynunun sınmış olduğunu və xəstəxanada fövqəladə qoruma altında tutulduğunu bildirib. Eyni mənbə, Dahlanın heç kimlə görüşdürülmədiyini və yaxın günlərdə bu barədə şok hadisələr baş verəcəyini irəli sürüb.
Müxalifət.az