​Şahzadə Salmandan İranı qəzəbləndirəcək AÇIQLAMA

Səudiyyə Ərəbistanının müdafiə naziri və vəliəhdi şahzadə Məhəmməd bin Salman İngiltərə xarici işlər naziri Boris Consonla  telefonla danışıb.
Muxalifət.az xəbər verir ki, söhbət zamanı Bin Salman  deyib ki, İran rejiminin himayə etdiyi Husilərə raket tədarük etməsi doğrudan da hərbi həmlə sayılır: “Hətta krallığa qarşı müharibə addımı olaraq düşünülə bilər”.
İngiltərə xarici işlər naziri Jonson da Husilərin Riyada yönəlik ballistik raket hücumunun və vətəndaşların məqsədli hədəf alınmasını qınayıb. Conson ölkəsinin güvənlik təhdidləri qarşısında Səudiyyə Ərəbistanının yanında olacağını bildirib.
Söhbət zamanı ayrıca beynəlxalq və regional vəziyyətin ələ alındığı da qeyd olunub.
Yəməndən Səudiyyə Ərəbistanının paytaxtı Riyadın şimal səmtinə atılan ballistik raketlər hava müdafiəsi sistemlərini təsirsiz hala gətirmişdi.