"BAŞQA SEÇİMİM YOX İDİ..." - Şahzadə Harri tituldan imtinası barədə

Baxış sayı:
2425

Şahzadə Harri krallıq vəzifələrindən imtina etməyin onu kədərləndirdiyini açıqlayıb.
Müxalifet.az bildirir ki, bu barədə “Sky News” nəşri yazıb.
Şahzadə qərarın çətin olduğunu, lakin başqa şanslarının olmadığını qeyd edib.
“Mən bilirəm ki, heç də həmişə düzgün hərəkət etməmişəm, lakin başqa seçimim yox idi. Mən izah etmək istəyirəm ki, biz getmirik, biz sizi tərk etmirik.
Biz kraliçaya xidmət etmək, həmçinin, assosiasiyalarımla bağlı öhdəlikləri yerinə yetirmək istəyirdik. Lakin bu dövlət maliyyələşməsi olmadan baş verməli idi. Təəssüf ki, bu, mümkün olmadı”, - deyə Şahzadə Harri bildirib.