Şahzadə bin Salmanı satmağa başladılar!

Baxış sayı:
5782

Başda ABŞ mətbuatı olmaqla, beynəlxalq media, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı aylar ərzində cilalayıb parıldatdı. Aparılan islahatları nümunə göstərərək "gələcəyin lideri" manşetlərini atan qəzetlər, bu gün bin Salmana olan dəstəyini böyük sürətlə çəkir.
 
Camal Qaşıqçı məsələsindən sonra bin Salmana artıq islahatçı deyil, "diktator" deyə müraciət edilir.
Hələ 33 yaşında olub, təxminən 16 aydır ki, vəzifədə olan vəliəhd şahzadə bin Salman, parıltılı gələcək yuxusunun bir nömrəli memarıdır. Ancaq Qaşıqçı məsələsi və yanlış islahatlar Salmanın gözdən düşməsinə səbəb olub.
“New York Times”-ın yazarı Nikolas Kristof, Məhəmməd Bin Salman üçün "Xarici İşlər Naziri Mayk Pompeo, Camal Qaşıqçının ortaya çıxmadığı təqdirdə kral Salman yeni bir vəliəhd şahzadə tapmalıdır. Cinayətin nəticələri olmalıdır" deyə şərh edib.
 
ŞAHZADƏ BİR NÖMRƏLİ HƏDƏFDİR
 
Camal Qaşıqçı məsələsindəki sirr pərdəsi hələ görünməyəndə, öldürülməsi və ya qaçırılması şəxsən vəliəhd bin Salman tərəfindən həyata keçirildiyi artıq ABŞ-lılar tərəfindən də yüksək səslə danışılır. Belə ki, MKİ-nın keçmiş direktoru Con Brennon də "Belə bir şey yalnız şahzadə Məhəmmədin əmri ilə olmuşdur" - deyib.
Məhz bundan sonra ABŞ mətbuatı, "Kral günahkarları cəzalandırmalı, cəzalandırmasa, sanksiya tətbiq olunmalıdır" deyə şərh verilməyə başlandı.
Müxalifət.az