Şahzadə bin Salmanı küncə sıxışdıracaq addım

Baxış sayı:
6721

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri, Respublikaçı Bob Corker ilə komitənin stajlı üzvü Demokrat Bob Menendez, Trampa yeni bir Qaşıqçı məktubu göndərib.
 
Komitə tərəfindən 10 oktyabrda göndərilən ilk məktuba istinad edən senatorlar, yeni məktubda birbaşa şahzadə bin Salmanın Qaşıqçı cinayətindən məsul olub olmadığının Tramp rəhbərliyi tərəfindən ortaya qoyulmasını istəyib.
Məktubda "Son hadisələr işığında vəliəhd şahzadə Məhəmməd ibn Salmanın, cənab Qaşıqçı-nın öldürülməsindən məsul olub olmadığının spesifik bir şəkildə qərarınızda ortaya qoyulmasını tələb edirik" deyə qeyd edilib.
Həmçinin məktubda, 10 oktyabrdan etibarən 120 gün ərzində Tramp rəhbərliyinin Senatın Xarici Əlaqələr Komitəsinə mövzu ilə bağlı qərarını çatdırmasının gözlənildiyi vurğulanıb.
 
Grehem-dən sərt çıxış
 
Digər tərəfdən, Respublikaçıların öndə gələn şəxslərindən Cənubi Karolina senatoru Lindsey Qrehem, Twitter hesabından Qaşıqçı cinayəti barədə açıqlama verib.
Qrehem, "Obama illərindən öyrəndiyim bir şey var. Yaxın Şərqdəki problemlərə “digər aspektdən” baxdıqda bunun nadir hallarda işə faydalı olacağıdır. Bənzər şəkildə Camal Qaşıqçı-nın vəhşicəsinə qətlə yetirilməsi zamanı da digər yolu seçmək bizim milli təhlükəsizlik maraqlarımıza uyğun gəlmir" deyə şərh edib.
Birbaşa vəliəhd şahzadəni hədəf alan Qrehem, bunları qeyd edib: "Bütün mədəni normalara qarşı gələn bu vəhşi aksiyaya görə (Səudiyyə) kral ailəsinin üzvləri də daxil, Səudiyyə Ərəbistanına qarşı ciddi sanksiyalar gündəmə gələndə inanıram ki, (Konqresdə), hər iki partiyadan da güclü dəstək olacaqdır. Hər nə qədər Səudiyyə Ərəbistanı strateji tərəfdaşımız olsa da, vəliəhd şahzadənin davranışı bir çox baxımdan aramızdakı münasibətə hörmətsizlikdir və mənə görə, (bu vəziyyət) özünü zəhərləmişdir. Beynəlxalq arenada pis aktyorlar və mükəmməl olmayan vəziyyətlə məşğul olmağımızı anlayıram, ancaq əgər əxlaqi səsimizi itirsək ən güclü varlığımızı da itirmiş olarıq".
Müxalifət.az