Şahzadə bin Salman üçün çevrə daralır

Baxış sayı:
6877

İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilən və cəsədinə nə olduğu hələ də bilinməyən jurnalist Camal Qaşıqçı cinayəti vəliəhd şahzadə bin Salman üçün sonun başlanğıcı ola bilər.
 
MKİ direktoru Haspelin və MİT rəhbəri Fidanın ABŞ Senatına rədd edilməyəcək qədər həqiqi məlumatlar təqdim etməsindən sonra nümayəndələrin böyük əksəriyyəti cinayətin 1 nömrəli səbəbkarının şahzadə bin Salman olduğu fikirində birləşdi. Senatın növbəti addımının Magnitsky qanununu bin Salman üçün tətbiq etmək və ilk mərhələdə milyardlarla dollar mal varlığını dondurmaq ola biləcəyi ehtimal edilir.
İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğunda öldürülən və cəsədin yox olması ilə bağlı müxtəlif suallar uydurulan jurnalist Camal Qaşıqçı cinayəti vəliəhd şahzadə Məhəmməd bin Salman üçün sonun başlanğıcı olma nöqtəsinə sürətlə gedir.
Argentinada keçirilən G-20 Liderlər Zirvəsindən sonra eyni anda həm Türkiyədə, həm ABŞ, həm də Birləşmiş Millətlər Təşkilatı nəzdində əhəmiyyətli irəliləyişlər baş verdi. Qaşıqçı cinayətinə dair İstanbul Baş Prokurorluğu iki şəxs haqqında yaxalama qərarı çıxararkən, ABŞ Senatında MKİ direktoru Gina Haspelin apardığı təqdimatdan sonra senatorlarda şahzadə bin Salmanın bu cinayətin başında olduğu fikri üstünlük qazandı. Həmin dövrdə BMT çox mühüm bir bəyanat verərək Qaşıqçı cinayətində beynəlxalq araşdırma lazım olduğunu vurğuladı.
Prezident Tramp ilə kürəkəni Kuşnerin bütün səylərinə baxmayaraq bin Salman üçün sərt sanksiyalar tətbiq edilməsi gözlənilir.
Bu addımlardan birinin də Magnitsky Aktının bin Salmana qarşı tətbiqi və bir sıra sanksiyalarla yanaşı, vəliəhd şahzadənin ABŞ-dakı banklarda olan hesablarının da dondurulması nəzərdə tutulur.
 
Magnitsky Qanunu nədir?
 
Qlobal Magnitsky Qanunu 2016-ci ilin ekabr ayında ABŞ Konqresindən keçən və dünya miqyasında insan haqları pozulması və korrupsiya səbəbilə ABŞ xəzinəsinin şəxs və qurumlara sanksiya tətbiq etməsinə imkan verən qanundur. Adını Rusiyada korrupsiya cinayətini ortaya çıxaran və 2009-da həbsdə olarkən şübhəli bir şəkildə ölən vergi nəzarətçisi Sergey Magnitskidən alır.
Müxalifət.az