Şahzadə 300 çamadan yüklə Bodruma yollandı

Şəhzadə Əl-Vəlid Təlal ibn Əbduləziz əl-Səud və ailəsi istirahət üçün Türkiyənin Bodrum şəhərinə gəlib.
 
Səudiyyə Ərəbistanı kralı Abdullahın qardaşı oğlu, “Kinqdom” holdinqin rəhbəri şəhzadə həyat yoldaşı və qızları ilə istirahət edəcək.
300 çamadan və 30 velosipedlə istirahətə gələn şahzadənin əşyaları yükdaşıma maşınları ilə daşınıb.
Şahzadə və ailəsini qorumaq üçün təhlükəsizlik tədbirləri görülüb.
Qeyd edək ki, 62 yaşlı şəhzadə 32 milyard dollarlıq sərvəti ilə dünyanın ən zənginləri sırasındadır./axar.az