Sahurda ÇAY İÇMƏK DOĞRUDURMU?

Baxış sayı:
1129

Çay sevənlərə bəd xəbər! Sahurda çox içilən çay, susuzluğa səbəb olur.
 
Ramazan ayında bəzi qidalanma sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə sahurda qəbul edilən bəzi qidalar, gün ərzində orqanizmin daha sürətli maye itirməsinə səbəb olur. Bu səbəblə böyrəklərdə daş və qum əmələ gəlmə riski artır. Baş verən bu sağlıq problemlərinə mane olmaq üçün, mütəxəssislər bəzi qidaların sahur süfrələrindən qaldırılmasını tövsiyə edir.
 
ÇAY BÖYRƏK DAŞINA SƏBƏB OLUR
 
Çayın tərkibindəki teofilin maddəsi sidik yolu ilə bədəndən çox suyun çıxmasına səbəb olur. Bədənin susuz qalması, kalium və natrium tarazlığını pozur. Bu səbəbdən oruca hazırlıq üçün sahur yeməyində çay içilməsi məsləhət görülmür. Xüsusilə dəmli çay, böyrəklərdə daş əmələ gəlməsinə səbəb olduğundan ekspertlər sahurda çay əvəzinə, portağal suyunun içilməsini məsləhət görür.
Kofein nisbəti yüksək olan içkilərin bədənin enerjisini qısa müddətdə sərf etdiyindən maye itkisi ilə yanaşı, halsızlığa də səbəb olur.
Karbohidrat və heyvani yağı baxımından zəngin olan yemək və içkilər də orqanizmin oruc müddətində maye itirməsini sürətləndirir.
Müxalifət.az