Şahmat millimiz dünya çempionatına məğlubiyyətlə başladı

Baxış sayı:
7405

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına kişi millimiz məğlubiyyətlə başlayıb.
Muxalifet.az xəbər verir ki, yığmamız son dünya çempionu Çinə 0,5:3,5 hesabı ilə uduzub.
Sonuncu lövhədə mübarizə aparan Nicat Abbasov heç-heçə edib. Rauf Məmmədov, Qədir Hüseynov və Eltac Səfərli isə məğlub olub.
İlk turun digər görüşlərində Hindistan İsveçi, Rusiya İranı, ABŞ Misiri və İngiltərə Qazaxıstanı məğlub edib.