Sahil Babayevin "çiçəyi burnunda olan" KORRUPSİYASI – İttiham

Yaxud Səfər Mehdiyev "korrupsioner" deyəndə kimi nəzərdə tutur?

Baxış sayı:
8170

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləliklə, 17-28 dekabr 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Əmək və Əhalinin sosial müdafiyə naziri Sahil babayev oldu. Onun barəsində “Sahil Babayev jurnalistləri Şaxta Baba ümidinə qoyub: nazirliyin pul verməyə əli gəlmir”, “Sahil Babayevin işçisi vətəndaşın torpağını zəbt edib - ÖZÜNƏ OBYEKT TİKDİRİR”, “Sahil Babayevin "çiçəyi burnunda olan" KORRUPSİYASI - İTTİHAM” başlıqlı 3 məqalə ümumilikdə 16 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “DGK sədri iri oliqarxlarla üz-üzə... - Sonunda problem yaşayacaq...”, “"Səfər Mehdiyev "korrupsioner" deyəndə kimi nəzərdə tutur?" - İTTİHAM”, “Səfər Mehdiyevin neçə cangüdəni var? - Vəzifəsi artanda mühafizəsini də gücləndirib” başlıqlı 3 məqalənin 13 elektron KİV-də yayılması ilə tutur. Hesabat dövründə elektron mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “İnam Kərimovun bahalı projesi necə iflasa uğrayır... - GƏLİŞMƏ”, “İnam Kərimov alimlərin sözünü dinləyəcəkmi? - Gəncədən MÜRACİƏT” başlıqlı 2 məqalənin 10 elektron KİV-də yayılması ilə Kənd Təsərrüfatı naziri İnam Kərimov tutur Muxalifet.az