​“SAHİL BABAYEVİN AÇIQLAMALARI PREZİDENTİN ÇIXIŞLARINA ZİDDİR” – Qubad İbadoğlu: “Necə ola bilər ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə, digər üzvlərə birdəfəlik yardım verilməsin?”

Baxış sayı:
3487

“Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bu gün DOST Mərkəzində düşmən açıqlamalar verib. O qeyd edib ki, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa digər üzvlərə birdəfəlik yardım verilməyəcək. Sahil Babayevin absurda açıqlamaları həm Azərbaycan konstitusiyasında təsbit olunan sosial dövlət modelinə, həm də “Bizim iqtisadi siyasətimizin hədəfində vətəndaş, onun sağlamlığ və rifahı durur” bəyanatını verən İlham Əliyevin açıqlamalarına ziddir”.
Muxalifet.az
xəbər verir ki, bunu tanınmış iqtisadçı Qubad İbadoğlu deyib.
Ekspert daha sonra sual edir ki, necə ola bilər, ailədə bir nəfər əmək müqaviləsi ilə işləyirsə və yaxud kimsə pensiya və yaxud sosial müavinət alırsa, nəhayət kiminsə adına torpaq payı varsa, digər üzvlərə birdəfəlik yardım verilməsin: “Əvvala, necə olur ki, cərimə edəndə hər kəsi edirlər, yardım verəndə isə ailənin digər üzvünün vəziyyətini nəzərə alırlar? İkincisi, işsizlik sığortası müainəti dövlət büdcəsindən deyil, İşizlik sığortası Fondundan ayrılır. 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Qanuna görə, işsizlikdən Sığorta Fondunun maliyyə mənbəyi işəgötürənlər və işçilərdir. Hər ay işəgötürənlər əmək fondunun 0,5 faizi, işləyənlər isə maaşlarının 0,5 faizi məbləğində Fonda vəsait ödəyirlər. Bu il üçün işçilərin və işə götürənlərin ödəmələri hesabına formalaşan İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsinin gəlirləri 128 235 400 manat təsdiq olunub ki, onun da yalnız 5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edir. Bax sosial ədalət burda pozulub. Büdcə müzakirələri dövründə mən bu məsələni qaldırsam da nəzərə alınmadı. Heç olmazsa hazırkı şəraitdə, əhalinin bu çətin günlərində bunu nəzərə alın, işzilərin hamısınına sığorta müavinəti vermək aztəminatlı vətəndaşına dəstək olmaq dövlətin ümdə vəzifəsidir. Nəhayət, soruşmaq istərdim ki, bütün tədbirlərdə ağız dolusu danışılan 52 milyard dollar valyuta rezervi hardadır, indiki çətin gündə də xərclənməyəcəksə, o nəyə lazımdır, onu nə vaxta saxlayırlar, nəyi gözləyirlər? Gözləyirlər ki, dəyərini tam itirsin”.
Muxalifet.az