​Sahil Babayev nazirliyə nəzarəti itirib? – YENİ NAZİR HAQDA ŞOK İTTİHAMLAR

Gənclər və İdman naziri Azad Rəhimov, səhiyyə naziri Oqtay Şirəliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli medianın hədəfində

Baxış sayı:
14122

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 26 İyun – 02 İyul 2018-ci il tarixində elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev olmuşdur. “Sahil Babayevin yeni sisteminin pərdəarxası: Mətin Kərimli yenə milyonları batıracaq?”, “Sahil Babayev köhnə nazirin qohumlarını hədəfə alıb? - "Adları çəkilən şəxslər...”, “POLKOVNİK-LEYTENANTDAN YENİ NAZİR SAHİL BABAYEVƏ SƏRT İTTİHAMLAR”, “Sahil Babayev Səlim Müslümovun ölülərinə rəhmət oxutdurur", “Hərbi xidmətin nə olduğunu bilib-bilmədiyi dəqiq bilinməyən Sahil Babayev..." - Nazirə ağır sözlər…”, “Sahil Babayevin “cehiz kadrı”ı və köhnə QVARDİYANIN DÖYÜŞÜ”, “Sosial Müdafiə nazirinə ehtiyatda olan zabitdən bir necə sual ; "DSMF-də baş verən biabirçiliğin adı nədir?”, “Sahil Babayev böyük güclərlə üz-üzə gəlib”, “Sahil Babayev nazirliyə nəzarəti itirib: Generalın himayə etdiyi şöbə müdiri hələ də “at oynadır” başlıqlı 9 məqalə ümumilikdə 16 elektron KİV-də işıqlandırılmışdır.

Mətbuatda ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri Gənclər və İdman naziri Azad Rəhimov “Azad Rəhimov paradda yatdı - FOTO”, “Azərbaycanda məmur uşaqlarından başqa adam yoxdur?” – Nazir oğluna sərt təpki” başlıqlı 2 məqalənin 10 elektron KİV-də yayılması ilə tutur.

Elektron KİV-də ən çox adı hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Səhiyyəsi “dəm” olan ölkənin xəstəsi qəm çəkməlidir - Sərxoş nazirin sərgüzəştləri”, “Baku Medical Plaza” ölən 5 aylıq körpənin valideynindən 10 min manat tələb edir”, “Oqtay Şirəliyev kriminial verilişinin aparıcısına VƏZİFƏ VERDİ”, “Oqtay Şirəliyevin diziüstə qoyduğu səhiyyəmiz... - ŞOK FAKTLAR” başlıqlı 4 məqalənin və “Qoşqar müəllimin "monitorinqi", “Qida Agentliyi fiaskosu: Qoşqar Təhməzli korrupsionerlərdən komanda qurur” başlıqlı 2 məqalənin 5 elektron KİV-də yayılması ilə müvafiq olaraq səhiyyə naziri Oqtay Şirəliyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli tuturlar.
 

DEPUTAT ADİL ƏLİYEV KƏNDLİLƏRİ QƏZƏBLƏNDİRİB...

Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “Kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin" – Millət vəkili”, “Tətil puluna ehtiyacı olmayan biznesmen deputatların özəl siyahısı FİA.Az-da... - ÖZƏL” başlıqlı 2 məqalənin 4 elektron KİV-də yayılması ilə deputat Adil Əliyev tutur.

Mətbuatda ən çox ad hallanan deputatlar siyahısında 2-ci yeri “Daha bir deputatın tur biznesi: Hadı Rəcəblinin “Palıdlı sahil”indən - Faktlar”, “Tətil puluna ehtiyacı olmayan biznesmen deputatların özəl siyahısı FİA.Az-da... - ÖZƏL” başlıqlı 2 məqalənin 3 elektron KİV-də yayılması deputat Hadı Rəcəbli tutur.

Elektron KİV-də ən çox ad hallanan deputatlar siyahısında 3-cü yeri “Deputat oğlu rüsum ödəmədən gömrükdən malı necə keçirib?” başlıqlı 1 məqalənin 2 elektron KİV-də yayılması deputat ilə Elmira Axundova tutur.

Muxalifet.az