​Sahibkarlar qiymət artımına ETİRAZ EDİR – İrəvanda aksiya - VİDEO

Baxış sayı:
6340

Ermənistanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.
Ermənistan KİV-ləri xəbər verir ki, etiraza qalxanlar "Arminc Moly" şirkətinin işçiləridir. Onlar Ermənistana gətirilən malların nəqliyyat xərclərinin artırılmasından şikayətlənirlər. Bildirirlər ki, xərclərin artması kiçik və orta sahibkarlar üçün problemlər yaradıb.
"Qiymətlərin artması yaxşı heç nə vəd etmir. Belə yoxsul vəziyyətdə qiymətlərin qaldırılmasına ehtiyac vardı?", - deyə aksiya iştirakçılarından olan "Həmrəylik" təşkilatının sədri Armen Nersisyan bildirib.
Aksiya iştirakçıları Ermənistanın baş naizri Nikol Paşinyanla görüş tələb edirlər.