​Sahibkarı didərgin salan icra başçısı – RAMİZ YEDİYAROV HAQDA NƏ YAZIRLAR...

Xəzər Aslanov həftənin ikincisi, İradə Gülməmmədova isə üçüncüsü olub

Baxış sayı:
15015

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

Beləliklə, ötən həftə - 22-27 yanvar tarixində mətbuatda adı ən çox hallanan icra başçıları arasında 1-ci yeri  “İcra başçısı sahibkarı rayondan didərgin salmaq üçün bunları etdi -VİDEO” adlı məqalənin 13 elektron KİV-də yayılması ilə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov və

“Xaləddin İsgəndərov Biləcəri sakinlərini ayağa qaldırdı” başlıqla 1 məqalənin də eyni sayda saytda yayılması ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bölüşür.
 
Hesabat dövründə mətbuatda adı ən çox hallanan icra hakimiyyəti başçıları arasında 2-ci yeri “Xızının icra başçısı “zapravkası” olmayan rayonun problemini niyə həll etmir? - VİDEO” başlıqlı 1 məqalənin 4 saytda yayılması ilə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov tutmuşdur.
 
Nəhayət, mətbuatda adı ən çox hallanan icra başçıları arasında 3-ci yeri isə “İradə Gülməmədovanın saxta və gerçək imzası: Sərvis Süleymanov erası başa çatdı – VİDEO” adlı məqalənin 3 elektron KİV-də yayılmasıyla Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tutur.
 
Muxalifet.az