​Sahibkar 36 yaşlı sevgilisini BOĞUB ÖLDÜRDÜ

Baxış sayı:
1846

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan 50 yaşlı Fərhad Şaqaliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 25-ə təyin edilib.
İttihama görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. F.Şaqaliyev qeyri-rəsmi nikahda olduğu, 36 yaşlı Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə zamanı F.Şaqaliyev sərxoş olub.
Məlum olub ki, F.Şaqaliyev hadisədən bir müddət əvvəl tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə birgə yaşamağa başlayıb, Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Sevgilisi iki uşaq atası olan F. Şaqaliyevdən onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edirmiş. Bu səbəbdən də onlar arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə də eyni mövzuda mübahisə düşüb və F.Şaqaliyev sevgilisini döyüb. Yerə yıxılan qadının onu söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub.
Qeyd edək ki, qətlə yetirilən qadın əvvəllər ailəli olub. Hadisəni törədən F.Şaqaliyev isə kiçik sahibkardır.