​“Şah” yenə heç-heçə etdi

Baxış sayı:
2305

Berlində şahmat üzrə İddiaçılar turnirinin dördüncü turunun oyunları keçirilib.
Muxalifet.az-ın xəbərinə görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı şahmatçı Aleksandr Qrişukla qarşılaşıb.
Partiya heç-heçə başa çatıb. Bərabərlikdən sonra Şəhriyar xallarının sayını 4,5-ə çatdırıb.
Digər partiyalar hələ davam edir:
Levon Aronyan (Ermənistan) – Fabiano Karuana (ABŞ) 
Sergey Karyakin (Rusiya) – Uesli So (ABŞ)  
Vladimir Kramnik (Rusiya) – Din Lijen (Çin)