Şah İsmayıl və Sultan Səlim arasındakı elçi

Hasan Oktay Türkiyə parlamentinə gedir

Azərbaycan mətbuatına və ictimaiyyətə yaxından tanış olan doktor Hasan Oktay Türkiyədə bu yay keçiriləcək parlament seçkilərində Milliyətçi Hərəkat Partiyasının namizədləri siyahısındadır. Onun namizədliyi İstanbul 3-cü bölkədən siyahıya daxil edilmişdir.

Dr. Hasan Oktay Kafkkassam Strateji araşdırmalar Mərkəzinin başkanıdır. Türkiyədə onu tanıyıb bilən geniş camiə dr. Hasan Oktayı Övliya Çələbi misallı bir ziyalı və səyyah olaraq qəbul edir. Hasan bəy bu dünyada türklərin yaşadığı bütün coğrafiyalarda olmağı, onları öyrənməyi və tanıtdırmağı özünün hobbisinə çevirmiş adamdır.

Hasan Oktay bəy 1964- cü ildə Samsunda doğulub. İstanbul Universiteti Ədəbiyyat fakultəsini (1990) bitirib. 1992-ci ildə Vanda Yüzüncü Universitet Tarih fakultəsinə asistent olaraq daxil olub. 1995-ci ildə “Türk İslam dünyasına qarşı ermənilər. Moğollar və Papalıq” adlı elmi işini yazmışdır. Doktorluq işi “Rəvan xanlığı” adlanır və bu günkü Ermənistan ərazisində 1747-1828- ci illərdə İrəvan xanlığının araşdırılmasına həsr edilmişdir.

Özünün qeydlərində göstərilir ki, akademik çalışmaları Güney Qafqazdan başlayaraq Bəsrə körfəzi, Van gölü ilə Xəzər dənizi arasındakı coğrafiyanın tarixini əhatə edir. 2008-ci ildə Kafkassam strateji araşdırmalar mərkəzini qurmuşdur.

Hasan Oktay Azərbaycan- Türkiyə ilişkilərinin xüsusi bir önəm kəsb etdiyinin fərqində olan elm və ictimaiyyət adamıdır. O bu iki dövlət arasındakı əlaqələrin ən geniş ictimai çevrələri əhatə edə bilməsi üçün davamlı olaraq çalışmaqda və öz nümunələrini yaratmaqdadır.

Üstəlik, Hasan Oktay Türkiyədəki bir çox millət vəkilləri və ya səlahiyyət sahiblərindən tamamilə fərqli olaraq Azərbaycanı yalnız iqtidarla əlaqələrin fonunda dərk etmək kimi zərərli praktikanın əleyhinədir. Hasan Oktay Azərbaycanı şəhərbəşəhər, kəndbəkənd gəzib dolaşaraq birbaşa insanların içindən tanımağa, sevməyə başlayan və buna üstünlük verən bir ziyalıdır.

Onun millətvəkili namizədliyi də ilginc bir tezislə fərqlənir. Doktor bəyan edir ki, “Mən Şah İsmayılla Sultan Səlim arasındakı qovğanın şüurlardakı izini yox etmək üçün əlimdən gələni etmişəm və bundan sonra da bunun üzərində çalışacağam. Deputatlığa namizədliyi açıqlanarkən də bunu Şah İsmayılın abidəsi önündə çəkdirdiyi pozitiv bir foto ilə bəyan etmişdir.

Azad Akifoğlu