Sağlam olmaq üçün bədəninə meyvə suyu yeritdi... - ÖLÜMDƏN DÖNDÜ

Baxış sayı:
2167

Çində qadın sağlam olmaq üçün bədəninə iynə ilə meyvə suyu yeridib.
 
Müxtəlif meyvələrin qarışığından hazırlanan məhlul qadını şok vəziyyətinə salıb və o, 51 gün koma vəziyyətində qaldıqdan sonra nəhayət özünə gəlib.
 
Xinagnan Universitetində müalicə alan qadının qaraciyər, böyrək, ürək və ağ ciyərlərində böyük problemlərin yarandığı bildirilib.
 
Qadın meyvə şirəsini bədəninə yeritdikdən sonra qaşınma və qızdırma yarandığını, daha sonra huşunu itirdiyini söyləyib./teleqraf