​Səadet Partiyası ağır zərbə aldı: Partiyanın 26 üzvü AKP-yə keçdi

Baxış sayı:
1237

Prezident və parlament seçkilərinə 7 gün qalmış Türkiyənin Səadet Partiyası ağır zərbə alıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Qars millət vəkilliyinə namizədi Sezgin Yıldız, Kağızman mahalının bələdiyyə başçısı Mehmet Karataş da daxil olmaqla 26 nəfər partiyadan istefa verib.
Onların hakim Ədalət və İnkişaf Partiyasına qatıldığı bildirilir.
Dünən isə Səadət Partiyasının Şırnak millət vəkilliyinə namizəd Zeki Beşiş partiyanın terrora dəstək verdiyini iddia edərək namizədlikdən imtina etmişdi.
Qeyd edək ki, seçkilər iyunun 7-də keçiriləcək.