Sadəcə "fast food"la qidalanan gənc kar və kor oldu

Baxış sayı:
794

İngiltərədə 17 yaşlı gənc son on ildə ancaq "fast food"la qidalandığı üçün B və D vitamini çatışmazlığından kar və kor olub.
Xarici KİV-lər xəbər verir ki, həkimlərin müayinədən sonra hazırladıqları raporda məlum olub ki, gənc son on ildə çoxluqla kartof cipsi və qızartması, ağ çörək və hazır ətlə qidalanıb. Bu da gəncin son iki ildə görmə və eşitməsində zaman-zaman problemlərin yaranmasına səbəb olub. 17 yaşına gəldikdə isə sözügedən şəxs bu qabiliyyətlərini tamamilə itirib.
Anormal qidalanma nəticəsində gəncdə yaranan vitamin çatışmazlığı sinir sisteminin də pozulmasına səbəb olub ki, bu hal əsasən uşaqların düzgün qidalana bilmədiyi inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur.
Adı açıqlanmayan gənci müalicə edən Bristol Universitetinin həkimi Denize Atan bir çox insanın anormal qidalanma ilə görmə arasındakı əlaqədən xəbərsiz olduğunu bildirib.
D. Atan həmçinin B vitamini və bədəndəki dəmir çatışmazlığının da belə fəsadlara səbəb olabiləcəyini deyib: "Bu gəncin sümüklərindəki zəyiflik də D vitamininin çatışmazlığından, həmçinin lazımi qədər balıq yağı, pendir və yumurta yeməməsindən qaynaqlanır"./yeniavaz